İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA ÇIXDI - Polisə apardılar

21530 11.06.2025 13:51 Son xəbər A A

Sumqayıtda yerləşən "Park Palace" şadlıq sarayında keçirilən toy mərasimi mübahisə və fiziki münaqişə ilə nəticələnib. 

Toyda iştirak edən müğənni Kəmalə Günəşliyə qonaqlar mahnı oxumağı təklif ediblər. O isə səhnədə başqa bir ifaçının olduğunu bildirərək, növbəsini gözləyəcəyini deyib.

Bu cavab toy sahibi Vəfa Mikayılovanı narazı salıb və tərəflər arasında mübahisə yaranıb. İddialara görə, tərəflər bir-birinə qarşı təhqiredici ifadələr işlədib, daha sonra isə dava düşüb. Şahidlərin sözlərinə görə, bakallar havada uçuşub, Vəfa Mikayılova və Kəmalə Günəşli saçyolduya çıxıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki müğənni Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə aparılıb və səhərə yaxın sərbəst buraxılıblar. Məsələ ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Ajans.az müğənninin köməkçisi ilə əlaqə saxlayıb. Köməkçi isə cavabında "Mən yalnız toy haqqında məlumat verə bilərəm"- deyə, bildirib. (ajans.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR