İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə son durum: Dağıntılar altında qalanların xilasetmə əməliyyatı davam edir- FOTO

1379 11.10.2020 11:54 Ölkə A A



Ermənistan silahlı qüvvələrinin  gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

“Yeni Müsavat”ın Gəncəyə ezam edilən əməkdaşları bildirirlər ki, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə işləri davam etdirilir.

Bir qədər əvvəl dağıntılar altından 1 qadının meyiti çıxarılıb. Hazırda dağıntılar altında sağ qalma ehtimalları olan ər-arvadın xilasetmə işləri aparılır.
Belə məlumatlar var ki, bina düşmən raketinin zərbəsinə məruz qalandan sonra ər-arvad zirzəmiyə düşə bilib. Zirzəmidən telefon vasitəsi ilə bu haqda müvafiq orqanlara məlumat veriblər.

Hazırda axtarışlar davam edir.

Elşən Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR