İnsanlara hürriyət, millətlərə istiqlal!

"FİFA-nın seçimi çox qəribədir" - Qrizmann

1331 05.09.2018 19:26 Mənəviyyat A A

"Atletiko"nun hücumçusu Antuan Qrizmann FİFA-nın açıqladığı ilin ən yaxşı 3 futbolçusu adına namizədlər arasında yer almamasına münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, Fransa millisinin üzü "L’Equipe"yə açıqlamasında bu seçimə təəccübləndiyini deyib:

"Bu, mənim üçün titul qazanmaq baxımından ən uğurlu mövsüm idi. Bəzən daha çox qol vururam, ancaq əsas titul qazanmaqdır.

Qəribədir, FİFA-nın açıqladığı üçlükdə fransız futbolçu yer almayıb. Hansı ki, biz son dünya çempionatının qalibiyik. Axı mükafatı dünya çempionatının təşkilatçısı olan FİFA təqdim edir. Biz dünya çempionu olsaq da, adımız o siyahıda yoxdur. Çox təəssüf. Bu, FİFA-nın seçimidir. Ancaq çox qəribə seçimdir".

Qeyd edək ki, A.Qrizmann bu il üç titul qazanıb - dünya çempinatı, Avropa Liqası və UEFA Superkuboku.

Xatırladaq ki, ilin ən yaxşı futbolçusu adına "Real"ın yarımüdafiəçisi Luka Modriç, onun sabiq komanda yoldaşı, hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo və "Liverpul"un hücumçusu Məhəmməd Salah namizəddir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR