İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm

1120 30.06.2025 22:48 Son xəbər A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına göstərdiyi köməyə görə Azərbaycana bir daha təşəkkür edib.

"Report" xəbər xəbər verir ki, Türkiyə lideri bunu Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə çıxışı zamanı bildirib.

“Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycan məhəlləsinin açılışını etdik. Fəlakətin ilk günündən ölkəmizə yardım əlini uzadan Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm”, - Ərdoğan deyib.

Xatırladaq ki, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR