İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda söküntü işləri başladı- Ünvanlar

2979 30.05.2025 07:59 Son xəbər A A

Keçmiş “Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.

Musavat.com “Trend”ə istinadən xəbər verir ki, köçürülən sakinlərlə razılıq əldə edilərək onlara qanunamüvafiq kompensasiyalar ödənilib.

Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrini əhatə edir.

Bu proses Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.

Qeyd edək ki, sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb, yerində isə park salınması gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl də Bakının mərkəzində yeni söküntü başlayacağı və yerində park salınacağı ilə bağlı məlumat vermişdik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR