İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan uçan təyyarədə şəhid olan hərbçinin övladı doğuldu - Atasından duyğusal paylaşım

892 06.12.2025 15:06 Son xəbər A A

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən, Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində 20 hərbçi şəhid olub.

Musavat.com xəbər verir ki, şəhidlərdən biri olan Samsunlu Emre Altıokun övladı dünyaya gəlib.

Şəhidin istəyini yerinə yetirərək körpəyə Gökçə adı verilib. Atası İsa Altıok Gökçə ilə birlikdə çəkilmiş şəklini “Ey oğul, əmanətin əmanətimdir” qeydi ilə sosial şəbəkədə paylaşaraq duyğularını ifadə edib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR