İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu virusdan 800 nəfər ÖLÜB

195 17.07.2026 15:02 Dünya A A

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ölənlərin sayı 796 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) X sosial şəbəkəsində məlumat yayıb.

ÜST-ün açıqlamasına görə, ölkədə indiyədək 2 073 yoluxma halı qeydə alınıb, onlardan 796-sı ölümlə nəticələnib.

Təşkilat bildirib ki, virus əvvəlki Ebola epidemiyaları ilə müqayisədə daha sürətlə yayılır. Müqayisə üçün qeyd olunur ki, 2018–2019-cu illərdə 2 000 yoluxma həddinə epidemiyanın başlamasından təxminən 10 ay sonra çatılmışdı.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus isə bildirib ki, xəstəliyin təsdiqləndiyi son pasiyent iyulun 16-da Uqandada tibb müəssisəsindən evə buraxılıb. Bununla da ölkədə Ebola epidemiyasının rəsmi başa çatması üçün nəzərdə tutulan 42 günlük müşahidə müddəti başlayıb.

Onun sözlərinə görə, Uqandada epidemiya başlayandan bəri ümumilikdə 20 yoluxma və 2 ölüm halı qeydə alınıb.

Xatırladaq ki, Konqo Demokratik Respublikasında Ebola epidemiyası ilə bağlı ilk məlumatlar may ayının əvvəlində yayılıb. Bundan sonra ÜST vəziyyəti beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib./Ajans.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR