İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tezliklə hər şey ifşa olunacaq"-İrandan Ağ Evə ağır zərbə: İsrailin gizli şəbəkəsi üzə çıxdı

443 17.07.2026 15:06 Dünya A A

İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Təl-Əvivin Vaşinqtondakı gizli və miqyaslı fəaliyyətləri barədə sensasion bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, özünün "X" sosial şəbəkə hesabında paylaşım edən İran XİN rəhbəri ABŞ ictimaiyyətinə müraciət edərək, amerikalıların daim hansısa "xarici təsir" barədə xəbərdar edildiyini, lakin İsrailin həyata keçirdiyi real təhlükənin gizlədildiyini bildirib. Əraqçi qeyd edib ki, İsrail ABŞ administrasiyasını özünün seçdiyi və əvvəlcədən uduzulmuş bir müharibəyə sürükləmək üçün genişmiqyaslı kampaniya aparır.

İranlı nazirin sözlərinə görə, vəziyyəti daha da pisləşdirən məqam İsrailin məhz amerikalı vergi ödəyicilərinin pullarından istifadə edərək ABŞ daxilində onu tənqid edən hər bir kəsin səsini boğması və susdurmasıdır.

Abbas Əraqçi ABŞ-ı sarsıdacaq bu gizli fəaliyyətlərin və maliyyə şəbəkələrinin üstünün çox yaxında tamamilə açılacağını vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR