Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb.
Verilişin mövsüm finalında bu barədə məlumat verən aparıcı yeni mövsümdə artıq səhər Xəzər TV efirində olmayacağını bildirib.
Qərarını şəxsi səbəblərlə əlaqələndirən Vüsalə Əlizadə həm səhhətinin, həm də ana olaraq mövcud iş rejiminin onu yorduğunu etiraf edib:
"Səhhətimlə bağlı tezdən oyanıb işə gəlmək mənim üçün olduqca çətindir. Ana olaraq bu rejim məni ikiqat yorur. Tamaşaçılar narahat olmasınlar, mən yenə də 'Xəzər TV' ailəsindəyəm. Sadəcə, fəaliyyətimi başqa layihədə davam etdirəcəyəm. Bu barədə qərarım qətidir".
Aparıcı gələcək planlarını kanal rəhbərliyi ilə müzakirə edəcəyini sözlərinə əlavə edib./yenisabah/






