İnsanlara hürriyət, millətlərə istiqlal!

İstidən ölənlərin sayı AÇIQLANDI - ŞOK RƏQƏM

577 17.07.2026 15:38 Dünya A A

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klyuge bəşəriyyəti sarsıdacaq dəhşətli statistikanı açıqlayıb.

Musavat.com xəbər verir ki, TASS agentliyinə müsahibə verən regional direktor son dörd il ərzində Avropa regionunda 200 mindən çox insanın anomal istilər səbəbindən həyatını itirdiyini bildirib.

Hans Klyugenin sözlərinə görə, söhbət 2022-2025-ci illəri əhatə edən dövrdən gedir:

"Yalnız son dörd ildə – 2022-ci ildən 2025-ci ilə qədər olan müddətdə - ÜST-nin Avropa regionunda anomal istilər ucbatından 200 mindən çox insan dünyasını dəyişib. Son iyirmi ildə isə istilərlə bağlı ölüm halları 30% artıb. Bu, gələcəyə dair hər hansı bir proqnoz deyil. Bu dəhşət elə indicə, gözümüzün qarşısında baş verir".

ÜST rəsmisi təşkilatın bu yay rekord istilər səbəbindən qeydə alınan 10 mindən çox izafi ölüm halı barədə bu yaxınlarda təqdim etdiyi məlumatlara da aydınlıq gətirib. O vurğulayıb ki, həmin rəqəm Avropa regionunun yalnız beş ölkəsini əhatə edir, real mənzərə isə daha qorxuludur.

Qeyd edək ki, ÜST-nin Avropa regionu bura daxil olan 53 dövləti birləşdirir. Bu coğrafiyaya Avropa ölkələri ilə yanaşı, Azərbaycan da daxil olmaqla Qafqaz dövlətləri, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi Mərkəzi Asiya ölkələri də daxildir. Mütəxəssislər iqlim böhranının region üçün artıq birbaşa ölümcül təhlükəyə çevrildiyini bəyan edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR