İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

1487 23.06.2025 12:03 Son xəbər A A

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR