İnsanlara hürriyət, millətlərə istiqlal!

Zvartnotsda Fransa hərbi təyyarəsi: Ermənistana yeni silah partiyası gətirildi - VİDEO

833 30.12.2025 22:42 Son xəbər A A

Zvartnots hava limanında Fransa Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə olunub.

Musavat.com xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, təyyarə ilə Ermənistana növbəti silah partiyası çatdırılıb. Daşınan yüklərin növü və həcmi barədə rəsmi açıqlama verilməsə də, söhbətin hərbi təyinatlı vasitələrdən getdiyi bildirilir.

Məlumatda qeyd olunur ki, bu, son dövrlər Fransa tərəfindən Ermənistana həyata keçirilən hərbi-logistika təmaslarının davamı kimi qiymətləndirilir. Hadisə regionda təhlükəsizlik balansı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Rəsmi İrəvan və Paris tərəfi məsələ ilə bağlı hələlik açıqlama yaymayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR