"Bayden administrasiyası COVID-19 peyvəndləri ilə bağlı yazıların silinməsini tələb edirdi"
Musavat.com xəbər verir ki, Facebook və Instagram-ın qurucusu Mark Zukerberq, Co Roganın məşhur podkastında bu barədə danışıb.
O, Bayden administrasiyasının COVID-19 peyvəndləri ilə bağlı müəyyən yazıların platformalardan silinməsi üçün təzyiq göstərdiyini açıqlayıb.
Zukerberq bildirib ki, administrasiya COVID-19 peyvəndlərinin potensial yan təsirlərinə dair məlumatları müzakirə edən postların yayılmasını qadağan etmək məqsədilə sosial media platformalarına təlimatlar verirdi.
"Bizə xüsusi olaraq bu cür yazıların yalan məlumat olduğunu və onların qadağan edilməli olduğunu deyirdilər", – deyə Zukerberq qeyd edib.
Musavat.com