İnsanlara hürriyət, millətlərə istiqlal!

“TikTok” səhifəsindən narkotik aldı - tutuldu

205 14.03.2025 15:54 Kriminal A A

“TikTok” sosial şəbəkəsində açılan və narkotik vasitələrin satışını həyata keçirən səhifədən narkotik alan Rəşad polis əməkdaşları tərəfindən saxlanılıb.

Musavat.com xəbər verir ki, 33 yaşlı Rəşad daha əvvəl də narkotik istifadəsinə görə məhkumluq həyatı yaşayıb.

Rəşad polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılan zaman üzərindən narkotik vasitə aşkarlanıb.

Dindirilən zaman Rəşad deyib ki, üzərində olan metamfetamini “TikTok”dakı səhifələrdən birindən alıb. Ona narkotik vasitənin gizlədildiyi yeri deyiblər.

O, göndərilən karta 40 manat ödəniş etdikdən sonra narkotik vasitəni əldə edib:

““TikTok”da görəndə marağımı çəkdi. Mən də yazdım. Düşünmürdüm ki, onlar narkotik satar”.

Rəşad dindirilən zaman əməlindən peşman olduğunu deyib.

Məhkəmə onun barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Qeyd edək ki, son zamanlar “TikTok” və digər sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyata keçirən səhifələrin sayı kəskin şəkildə artıb.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR