İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın eks-birinci xanımı: "Bütün ümidlərimizi məhv edəcək sülh müqaviləsi ola bilməz"

337 14.03.2025 15:28 Siyasət A A

Ukraynaya Rusiyadan daha çox şərtlər təqdim edildi. Vəziyyət dəyişərsə, biz münaqişənin sülh yolu ilə həllinə ümid edirik, amma bildiyiniz kimi, bu, son nəticədə ölkəmizi və bütün ümidlərimizi məhv edəcək sülh müqaviləsi ola bilməz.

Musavat.com xəbər verir ki, bunu Ukraynanın keçmiş birinci xanımı, Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

K.Yuşşenko əsirlərin qaytarılmasının önəmini vurğulayaraq Vatikanın bunun üçün mühüm addımlar atacağına ümid etdiyini deyib:

"Qlobal Bakı Forumu dünyanın müxtəlif yerlərində sülhün əldə olunması, müharibənin aradan qaldırılması, müasir dünyanın bir çox problemlərini müzakirə etmək üçün bir araya toplaşan bu qədər insanı görmək üçün unikal imkandır.

Ukrayna məsələsində Rusiyanın hücumunun əsl səbəbi heç də NATO-nun Şərqə genişlənməsi ilə bağlı deyildi. Rusiya imperiyanı dirçəltməyə çalışır. Vladimir Putin isə hakimiyyətdə mümkün qədər uzun müddət qalmaq istəyir. 1992-ci ildən bəri pozulmaqda davam edən çox sayda müqavilə var".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR