İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan gerbi, Ermənistan adı - "Temu" QALMAQALLI məhsulunu SİLDİ

768 14.03.2025 15:25 Gündəm A A

"Temu", onlayn alış-veriş platformasında üzərində Azərbaycan gerbi olan kepkaların "Ermənistan emblemi" adı altında satılmasına aydınlıq gətirib.

Bu barədə BAKU.WS-ə "TEMU"dan açıqlama verilib. 

"Problem məhsulun yazılı təsvirindəki tərcümə xətası ilə əlaqədardır. Dəqiqliyi təmin etmək üçün məhsulu platformamızdan sildik, oxşar məhsulları yenidən nəzərdən keçirdik və xətanın aradan qaldırılması üçün dərhal tədbirlər gördük", - TEMU-nun açıqlamasında qeyd olunub.

***

Son zamanlarda Azərbaycanda populyarlaşan "Temu" onlayn alış-veriş platformasında üzərində Azərbaycan gerbi olan kepkaların "Ermənistan emblemi" adı altında satılması müşahidə edilib.

Bu barədə kadrlar BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Məlum olduğu kimi, "Temu" platformasında satılan məhsullar əsasən Çində istehsal edilir. İstifadəçilər platformanı bu səhvi düzəltməyə çağırıb.

Sözügedən kadrı təqdim edirik:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR