İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdən ətin bahalaşmasına REAKSİYA

1168 14.03.2025 15:36 Gündəm A A

Milli Məclisin komitə sədri Tahir Rzayev parlamentin iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı aktual mövzuya diqqət çəkib.

Musavat.com-un məlumatına görə, T.Rzayev bildirib ki, körpə heyvanların vaxtından tez kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur:

“Son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanların yetişdirilməsində maraqlıdır. Əlbəttə, bu, düzgün seçimdir. Ancaq 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir.

RZAYEV.jpg (691 KB)

Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır”.

Komitə sədri hökumətə xitabən qaydalara dəyişiklik edilməsini zəruri sayıb:

“Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR