İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron silah istehsalçılarını Yelisey sarayına TOPLAYIR

269 14.03.2025 16:16 Dünya A A

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında ölkənin əsas silah istehsalçıları ilə görüşəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Makron sənaye nümayəndələrinə onların daha çox silah istehsal etməyə qadir olub-olmaması, istehsalın sürəti və templəri ilə bağlı suallar verəcək.

Silah sənayesi nümayəndələri isə dövlət tərəfindən təminatlar gözləyirlər.

Qəzetin məlumatına görə, tədbirdə sənayenin 4 min kiçik və orta müəssisəsinin nümayəndələri iştirak edəcək.

Fransanın hər il müdafiə xərcləri üçün təxminən 50 milyard avro xərclədiyi bildirilir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR