İnsanlara hürriyət, millətlərə istiqlal!

Zorlama üstündə həbsdə yatan amerikalı politoloq - Peskov brifinqdə onu müdafiə edib

443 04.06.2024 14:30 Dünya A A

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ABŞ üçün olduğu kimi, ABŞ da indi Rusiya üçün düşmən ölkədir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi bu gün brifinq zamanı bildirib.

ABŞ Dövlət Departamentinin keçmiş kəşfiyyatçı Skott Ritteri Sankt-Peterburqda keçirilən beynəlxalq forumunda iştirak etmək üçün ölkədən buraxmaqdan imtina etməsini şərh edən Peskov bildirib ki, ABŞ Dövlət Departamenti kəşfiyyat xidmətinin keçmiş işçilərinə düşmən ölkələrə səyahət məhdudiyyəti qoyur.

Bir müddət əvvəl ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter Nyu-Yorkdan Rusiyaya uçarkən Dövlət Departamentinin göstərişi ilə uçuşa buraxılmadığını bildirib.

Qeyd edək ki, özünü keçmiş kəşfiyyat zabiti və politoloq elan edən Ritter Ukraynada müharibə başlayandan bəri Rusiyanın, Kremlin siyasi xəttini müdafiə edən açıqlamallar verir, öz ölkəsinin haqsız olduğunu, Rusiyanın müharibədə mütləq qalib gələcəyini bildirir.

Rusiyada ciddi qəbul edilən bu şəxs ölkəsində avantürist və dələduz kimi tanınır. Ritter hətta cinsi təcavüzə görə həbs həyatı da yaşayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR