İnsanlara hürriyət, millətlərə istiqlal!

Zöhrabyandan ŞOK: Ruslar Xankəndidə alver edir - sensasion detallar "Canlı debat"da

746 08.07.2023 12:50 Gündəm A A

Rusiya sülhməramlıları öz səlahiyyətlərini yerinə yetirmək əvəzinə alverlə məşğul olurlar.

Bu sözləri Ermənistan parlamentinin sabiq üzvü Naira Zöhrabyan jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edən Naira Zöhrabyan fikrinin davamında bildirib ki, Ermənistandan və Qarabağdan olan bəzi iş adamları sülhməramlılarla birgə monopoliya qurublar.

“Onlar Rusiya sülhməramlılarına müəyyən miqdarda pul verərək öz məhsullarını Xankəndiyə göndərə və bir kiloqram əriyi üç min dramdan sata bilirlər”, - deyə N.Zöhrabyan qeyd edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində Prime TV-nin rəhbəri Aygün Muradxanlı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR