İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstanın Rusiya və Belarus QƏRARI

369 30.07.2024 18:07 Dünya A A

Avropa Komissiyası Macarıstanın Rusiya və Belarus vətəndaşları üçün viza tələblərini necə dəyişdiyi barədə ətraflı məlumat verməsini istəyib.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının spikeri Anitta Hipper gündəlik brifinqdə danışıb.

Ondan Şengen zonasının üzvü olan Macarıstanın Rusiya və Belarus vətəndaşları üçün viza rejimini sadələşdirməsi ilə bağlı qərarını şərh etməsi istənilib.

"Avropa Komissiyası rəsmi Budapeştin qərarının konkret miqyasını və onun Avropa qaydalarına uyğunluğunu öyrənmək üçün Macarıstan hakimiyyəti ilə əlaqə saxlayacaq. Rusiya Aİ üçün təhlükəsizlik təhdididir. Üzv dövlətlər və Aİ qurumları təşkilatın təhlükəsizliyini təmin etməli və bütövlükdə Şengen zonasının təhlükəsizliyini nəzərə almalıdır", - deyə Anita Hipper qeyd edib.

Sözçü əlavə edib ki, Macarıstan üçüncü ölkə vətəndaşlarına icazə verərkən Şengen zonasına daxil olmaq üçün bütün tələblərin yerinə yetirilməsini təmin etməyə borcludur.

"Bu, təkcə vizaların və ya cari yaşayış icazələrinin mövcudluğuna deyil, həm də Şengen zonası məlumat bazalarında onların qırmızı siyahılarda olmamasına aiddir", - deyə Hipper qeyd edib.

Xatırladaq ki, bu ilin iyul ayında Macarıstan təhlükəsizlik yoxlamaları və ya digər məhdudiyyətlər olmadan ölkəyə daxil ola biləcək 8 ölkənin vətəndaşları üçün yeni sürətli viza sisteminin təfərrüatlarını dərc edib. Həmin ölkələrin siyahısına Rusiya və Belarus da daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR