İnsanlara hürriyət, millətlərə istiqlal!

BP ikinci rübü zərərlə başa vurdu

272 30.07.2024 17:56 İqtisadiyyat A A

Böyük Britaniyanın BP şirkəti 2024-cü ilin ikinci rübündə xalis zərərlə üzləşib.

Musavat.com BP-nin yaydığı press-relizə istinadən xəbər verir ki, bu zərərə baxmayaraq, şirkət dəqiqləşdirilmiş mənfəətini və dividendlərini artırıb.

Şirkət bildirir ki, aprel-iyun aylarında xalis zərər ötən ilin eyni dövründəki 1,79 milyard dolla gəlirə qarşı 129 milyon dollar təşkil edib. Bu rəqəmə Gelsenkirhendəki neft emalı zavodunda hasilatın azaldılması da daxil olmaqla 1,5 milyard dollarlıq silinmə aiddir.

Eyni zamanda, ehtiyatların əvəzlənməsinə uyğunlaşdırılmış mənfəət (xalis gəlirə ekvivalentdir, lakin birdəfəlik faktorlar istisna olmaqla) keçən ilin eyni dövründəki 2,59 milyard dollardan 2,76 milyard dollara yüksəlib. Şirkətin özünün hazırladığı konsensus proqnozunda bu rəqəm 2,54 milyard dollar nəzərdə tutulurdu.

İyunun sonunda şirkətin xalis borcu bir il əvvəlki 23,66 milyard dollardan 22,61 milyard dollara qədər azalıb. Bu ilin əvvəlindən BP-nin kapitallaşması 2,8 faiz azalaraq 74,1 milyard funt sterlinqə düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR