İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyanın fəaliyyəti BUNA HESABLANIB” - Köçəryan DANIŞDI

551 30.07.2024 17:49 Son xəbər A A

“Baş nazir Nikol Paşinyanın son dövrdəki fəaliyyəti referenduma hazırlıqdır”.

Musavat.com xəbər verir ki, bunu erməni siyasi ekspert Tiqran Köçəryan deyib.

Onun sözlərinə görə, bu gün referendumun keçirilə biləcəyi iki mövzu müzakirə olunur - konstitusiyanın dəyişdirilməsi və Avropa İttifaqına daxil olmaq.

“Lakin baş nazirin mövqeyi onu göstərir ki, indiki mərhələdə söhbət ilk növbədə konstitusiya referendumunun keçirilməsindən gedir. O, Avropaya inteqrasiya ilə bağlı referendum mövzusuna qarışmaq istəmir. Ən azı Rusiyanın gözündə oxşar təəssürat yaratmağa çalışır”, - deyə Köçəryan bildirib.

Tiqran Köçəryana görə, Bakının əsas şərti konstitusiyanın dəyişdirilməsi ilə bağlıdır.

“Azərbaycan Ermənistanda elə bir vəziyyət yaratmaq niyyətindədir ki, hətta gələcək hakimiyyət də heç nəyi dəyişdirə bilməsin. Bu kontekstdə ona iki komponentin - Ermənistan Konstitusiyasının dəyişdirilməsinin və Ermənistanın azərbaycanlılarla məskunlaşdırılmasının həyata keçirilməsi lazımdır. Konstitusiyanı dəyişdirməklə o, Ermənistanın heç vaxt Qarabağ məsələsini qaldırmayacağına zəmanət alacaq, azərbaycanlıları yerləşdirməklə isə Ermənistanda azərbaycanlı icmasının olmasını təmin edəcək”, - deyə Köçəryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR