İnsanlara hürriyət, millətlərə istiqlal!

Zöhrabyandan Azərbaycana qarşı növbəti HƏYASIZLIQ

2529 10.04.2023 16:46 Son xəbər A A

Gələn informasiyalara əsasən, Azərbaycan ordusunun iki əsgəri pis hava şəraitinə görə Naxçıvanda yolu azaraq qarşı tərəfə keçib. Erməni mediası onlardan birinin tutulduğunu, digərinin isə axtarıldığını yazır.

Musavat.com xəbər verir ki, erməni siyasətçilər xislətlərinə uyğun olaraq məsələyə həyasız fürsətcil mövqe nümayiş etdiriblər.

Ermənistan parlamentinin keçmiş deputatı Nara Zöhrabyan həbsdə olan Azərbaycan əsgərinin bütün erməni hərbi əsirlərlə dəyişdirilməsi tələbi ilə hökumət binası yaxınlığında etiraz aksiyası keçirməyə çağırıb. Onun sözlərinə görə, hazırda Ermənistan xüsusi xidmət orqanları tərəfindən axtarışda olan ikinci azərbaycanlı hərbçi də tapılmalı və saxlanılmalıdır. Azərbaycan tərəfinə ultimatum şəklində bildirilməlidir ki, bu hərbçilər müstəsna olaraq bütün erməni əsirlərlə dəyişdirilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR