İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın İsrailə hücum günü bəlli oldu: Qərb kəşfiyyatı "Tişa beAv", dedi!

519 04.08.2024 01:43 Gündəm A A

Hazırda bütün dünyanın gözü İrandadır. Hər kəs Tehranda öldürülən İsmayıl Haniyənin qisasının nə zaman və hansı formada alınacağını, bu prosesin necə olacağını sorğulayır. Dünyanın çeşidli media quruluşları, siyasətçiləri və dövlət adamları öz açıqlama, yazı və müsahibələrində bu barədə danışır, tarix və mümkün ssenarilər barədə mülahizələr irəli sürürlər.

Türk Yahudi Toplumu on X: "Tişa BeAv nedir? Tişa BeAv orucu bu yıl 29  Temmuz Çarşamba gün batımında başlayıp ertesi gün -30 Temmuz- yıldızların  çıkmasıyla sona erecek. https://t.co/qG7UuQZHNm https://t.co/O72nGINxzr" / X

Musavat.com bildirir ki, mötəbər yayın orqanı olan Sky News Arabia da bu barədə məlumatla içıxış edib. Qərb kəşfiyyat mənbələrinin məlumatlarına istinad edın Sky News Arabia xəbər verir ki, İran 2024-cü ildə 12 və 13 avqusta təsadüf edən yəhudi xalqının fəlakət günü sayılan "Tişa beAv" (İbranicə: תשעה באב) günü İsrailə hücum etməyi planlaşdırır.

Xəbərdə qeyd olunur ki, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olacaq İranın hücumunu çox güman ki, Livanın Hizbullah qruplaşması koordinasiya edəcək.
Musavat.com arayış olaraq bildirir ki, Sky News Arabia əsasən Yaxın Şərq və Şimali Afrikada fəaliyyət göstərən 24 saatlıq ərəb xəbər kanalıdır. Bu, Böyük Britaniya mərkəzli Sky Group və BƏƏ-də yerləşən Beynəlxalq Media İnvestisiyaları (IMI) arasında birgə müəssisədir.

Dünyanın meqa media layihələrindən olan bu quruluşun məlumatları mötəbərliyi və doğru çıxması ilə fərqlənir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR