İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov mümkün varisi, xanımı və qızı haqda nələr dedi?

628 04.08.2024 08:30 Dünya A A

Rusiya Prezidentinin mətbuat katibi: “Qoy düşmənlər orda qalsın, düşmən olmayanlar qayıtsın”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Komsomolskaya Pravda” radiostansiyasına müsahibəsində maraqlı faktlar açıqlayıb, nəvəsi, qızı, oğlu və xanımı haqda danışıb, onu vəzifəsində əvəz edə biləcək mümkün varisləri ilə bağlı fikirlərini bildirib.

Musavat.com radiostansiyaya istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, Alisa adlı nəvəsi artıq məktəbə gedir, amma onunla nadir hallarda danışır. Lakin prezidentin mətbuat katibi onunla bağlı digər təfərrüatları söyləməkdən imtina edib.

pes.jpeg (99 KB)

Kreml rəsmisi öz qızı ilə tez-tez ünsiyyət qurur, amma etiraf edib ki, bəzən fərqli qrafiklərə görə görüşə bilmirlər. Siyasətçi qeyd edib ki, qızının gündəlik rejimi var - tez oyanır və tez yatır.

O, oğlu Nikolayın Xüsusi Hərbi Əməliyyatlarda (Rusiya-Ukrayna müharibəsi-red) xidmətini xatırladıb. Kreml nümayəndəsi deyib ki, oğlu “orduda 6 aylıq müqavilə imzalayıb və vicdanla xidmət edib”.

Həyat yoldaşı Tatyana Navka ilə münasibəti və iş qrafiki barədə danışan Peskov yada salıb ki, xanımı fəal yaradıcı insandır. “O, yaradıcılıq proseslərindədir, buz tamaşaları, şoular hazırlayır və zamanı hiss etmədən yaşayır” deyə, Peskov vurğulayıb.

WhatsApp Image 2024-08-04 at 08.26.57.jpeg (38 KB)

Peskov deyib ki, vəzifəsindən gedəcəyi halda onu əvəz edə biləcək bir çox istedadlı namizədlər var. Amma varisini müəyyənləşməsi onun səlahiyyətindən kənardır. Mətbuat katibi Prezident Administrasiyasında mövcud dəyişiklikləri qeyd edərək, onların müntəzəmliyini və zəruriliyini qeyd edib. Onun sözlərinə görə, dəyişikliklər administrasiyanın səmərəliliyinin artırılmasına yönəlib.

Putin Paris Olimpiyadasının açılışını görməyib, Peskovun özü isə yalnız bir neçə kadrlara baxıb və bəyənib. Peskov Sena çayındakı açılış ideyasını çox qeyri-adi adlandırıb, əlavə edib ki, bəzi “həddini aşan səhnələr olmasaydı” mərasim yaddaşlarda müsbət işarələrlə qalardı.

pes.jpg (178 KB)

Bəyəndiyi ifaçılara gəlincə, Peskov etiraf edib ki, o, Leonid Aqutin və Vladimir Presnyakovun mahnılarına qulaq asmağı çox sevir: “Mən Lenya Aqutinə səmimiyyətlə heyranam, Volodya Presnyakova pərəstiş edirəm”. Onun sözlərinə görə, hər ikisini uzun müddətdir ki, şəxsən tanıyır.

Kremlin sözçüsü Ukrayna müharibəsinin başlamasından sonra ölkəni tərk edən ruslar haqqında da fikirlərini bildirib. O qeyd edib ki, gedənlərdən yalnız bəzilərinin geri dönəcəyini gözləyir.“Geri qayıdanlar arasında kimi görmək istərdiniz” sualına Peskov ölkəsinə səmimi qəlbdən bağlı olanların dönüşünü gözlədiyini bildirib.

“Qoy düşmənlər orda qalsın, düşmən olmayanlar da qayıtsın” Peskov bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR