İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Məsiyevə UEFA-dan təyinat

289 03.08.2024 20:40 İdman A A

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Musavat.com xəbər verir ki, təmsilçimiz Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Yurqorden” (İsveç) - “İlves” (Finlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş avqustun 15-də Stokholm şəhərində yerləşən “Stokholm Arena”da keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR