İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin mövqeləri vuruldu: Yaxın Şərqdə vəziyyət daha da GƏRGİNLƏŞDİ

661 04.08.2024 02:45 Dünya A A

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr günorta saatlarında Livanın cənubunda 7 şəhərə zərbələr endirib.

Musavat.com xəbər verir ki, bu barədə "Elnashra" xəbər portalı məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində Suriyanın Deyr kəndindən olan bir sakin ölüb, altı nəfər yaralanıb.

Hücuma cavab olaraq Hizbullah Yuxarı Qalileydə yerləşən İsrail yaşayış məntəqələrini atəşə tutub və Kiryat Şmona şəhərindəki hərbi kazarmanı raketlə vurub.

Kfar Şuba təpələrindəki Ruveysat və Es Sammaka sərhəd bölgələrində də İsrail Müdafiə Qüvvələrinin mövqelərinə zərbələr endirilib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR