İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sevincimdən üç gündür yatmıram"

428 04.08.2024 10:07 İdman A A

Olimpiadanın qızıl mükafatçısı cüdoçu Zelim Kotsoyev sevincdən üç gün yata bilmədiyini deyib.

Bu barədə idmançı Parisdən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Eyforidayam. Üçüncü gündür ki, sevincdən yata bilmirəm. Azərbaycana qızıl medal gətirə bildiyimə görə çox şadam”, – o söyləyib.

İdmançı onun üçün “dua edən, nigaran qalan, dəstəkləyənlərə qısamüddətli də olsa xoşbəxtlik verməkdən” məmnun olduğunu vurğulayıb.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR