İnsanlara hürriyət, millətlərə istiqlal!

Zöhrabyan: Nikol Paşinyan öz hakimiyyətini saxlamaq naminə BUNA HAZIRDIR

951 22.08.2023 19:37 Region A A

Nikol Paşinyan öz hakimiyyətini saxlamaq naminə hər şeyə, o cümlədən qan tökməyə hazırdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər erməni siyasətçi, keçmiş deputat Naira Zöhrabyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Paşinyan hələ 2018-ci ildə baş nazir olmaq üçün qan tökülməsinə getməyə hazır olub. İndi də baş nazir hakimiyyəti saxlamaq üçün güc tətbiq edəcək.

“Bizim üçün nəyin daha vacib olduğuna qərar verməliyik. Biz Türkiyənin vilayət statusuna malik bir ölkəsində yaşamağa hazırıqmı? Biz öz ölkəmizdə üçüncü dərəcəli vətəndaş olmağa hazırıqmı? Amma Paşinyan ölkəni məhz buna aparır”, - deyə, Zöhrabyan bildirib.

Zöhrabyanın fikrincə, Paşinyan, əslində, hədsiz dərəcədə qorxaqdır və ona görə də konsolidasiya və real müqavimət, sözsüz ki, hakimiyyətin dəyişməsini təmin edəcək. Belə olan halda Paşinyanın getməsi bir neçə saatlıq məsələ olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR