İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransalı ekspert: Yay Olimpiya Oyunlarının açılışı zamanı Fransa xalqına hörmətsizlik nümayiş olunub

431 29.07.2024 10:21 Siyasət A A

XXXIII Yay Olimpiya Oyunlarının açılışı zamanı Fransa xalqına hörmətsizlik nümayiş olunub.

Bunu "Report"un yerli bürosuna Fransa Nəsillər Assosiasiyasının prezidenti Tierri Pruvo (Thierry Prouvost) deyib.

O, Fransa vətəndaşlarının Yay Olimpiya Oyunlarının açılışı zamanı şok yaşadığını bildirib: "Çünki Fransa xalqına, dininə, tarixinə, dahilərinə hörmətsizlik nümayiş olunub. Bu hörmətsizlik dövlətin gözü qarşısında baş verib. Dövlət sənət adı altında insanları şok halına salan təhqiramiz görüntülərin yayımlanmasına imkan yaradıb. Əksinə, dövlət qayda-qanun keşikçisi olmalıdır".

Assosiasiya rəhbəti vurğulayıb ki, Fransa kraliçası Mari Antuanettanın musiqi sədaları altında başı kəsilmiş vəziyyətdə göstərilməsi Fransa xalqına olan hörmətsizlikdir: "Bu, yalnız zövqsüz bir sənət olmaqla məhdudlaşmır, bu insanlarda şok yaradan bir hadisədir. Səhnədə xristianların peyğəmbəri təhqir edilib. Bu, ümumilikdə bütün xristianların təhqir edilməsidir. Çılpaq və saqqallı qadının səhnəyə çıxarılması isə təmamilə biabırçı bir hadisədir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR