İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboy və Samux da SELƏ TƏSLİM OLDU

708 29.07.2024 10:19 Ölkə A A

Goranboya sel gəlib.

Gecə saatlarından yağmağa başlayan yağış nəticəsində rayonun Nizami, Dəyirmanlar, Azad kəndləri ərazisində əkin sahələrini sel suları basıb.

Həmçinin, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsi sel sularının altında qalıb. Avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bundan başqa rayonun kənd yollarını da sel basıb.

Dərhal əraziyə rayon icra hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının üzviləri kəndlərə ezam olublar. Goranboy RİH-nin başçısının birinci müavini Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov APA-nın yerli bürosuna bildirib ki, sel sularının evlərə dolmasın qarşısını almaq üçün ərazilərə texnikalar cəlb olunub.

Samuxda da güclü yağışdan sonra gələn sel suları fəsadlar törədib. Rayonun Eldar, Burunqovağ və bir neçə kəndlərində sel suları evlərə dolub. Həmçinin, əkin sahələri də sel sularının altında qalıb. Hazırda Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları sözü gedən ərazilərə ezam olublar.//apa

Goranboyda və Samuxda sel fəsadlar törədib - FOTO

Goranboyda və Samuxda sel fəsadlar törədib - FOTO

Goranboyda və Samuxda sel fəsadlar törədib - FOTO

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR