İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral ailəsinin yeganə üzvü vəfat etdi

249 29.07.2024 03:24 Dünya A A

Yunanıstan və Danimarka şahzadəsi, tarixçi və yazıçı Maykl 85 yaşında vəfat edib.

Oxu.Az xəbər veriri ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, məşhur tarixçi və yazıçı olan şahzadə Afina xəstəxanalarından birində dünyasını dəyişib.

Şahzadə 1939-cu il yanvarın 7-də anadan olub. O, yunan kralı I Georgenin sonuncu nəvəsi idi. Kral II Konstantinin 1967-ci ildə bir neçə ay hakimiyyəti ələ keçirmiş "qara polkovnikləri" devirmək üçün uğursuz cəhdindən sonra o, kral ailəsinin ölkəni tərk etməyən yeganə üzvü olub.

Şahzadə Mayklın atası, Yunanıstan və Danimarka şahzadəsi Kristofer (1888-1940) Kral I George və Kraliça Olqanın beşinci oğlu idi.

Agentlik yazır ki, Yunanıstan və Danimarka şahzadəsi 1970-ci ildən bəri onlarla əsər də nəşr edib. O, tarixi xarakterli mövzulara üstünlük verib, eyni zamanda kral ailə üzvlərinin tərcümeyi-hallarını yazıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR