İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaradağ sakinlərini ölümlə üz-üzə qoyan yol - VİDEO

241 29.07.2024 03:09 Ölkə A A

Qaradağ rayonu, Salyan şosesi 22 kilometr adlanan ərazidə nə avtobus dayanacağı ,nə də piyada keçidi var.

Vətəndaşlar bildiriblər ki, hər gün həyatlarını təhlükəyə ataraq yüksək sürətlə hərəkət edən avtomobillərin arasından keçirlər və dayanacaq olmadığı üçün uzaq məsafədə yolu qət etməli olurlar.

Hətta dəfələrlə sözügedən ünvanda yol-nəqliyyat hadisəsi xəsarət və ölümlə nəticələnib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Qaradağ Qaz Emalı Zavodundan 200 metr aralıda avtobus dayanacaq məntəqəsi mövcuddur. Yolun əks istiqamətində dayanacaq məntəqəsinin yaradılması üçün yolda piyada keçidi olmalıdır. Ərazidə müxtəlif səviyyəli yeraltı və yerüstü keçidinin təşkili üçün aidiyyəti quruma müraciət olunmalıdır. Daha sonra yolun əks istiqamətindəki dayanacaq məntəqəsinin yaradılması məsələsinə baxıla bilər.

Ətraflı Baku TV-nin süjetində:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR