İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziya Məmmədovun qardaşı ilə bağlı SİRR ORTAYA ÇIXIR - TRAMP PREZİDENT OLSA...

5329 23.07.2024 08:38 Gündəm A A

Ziya Məmmədovun oğlu ilə şərikli biznesi olmuş Trampın yenidən Ağ Evə qayıdış şansı artan kimi Məmmədovlar klanı fəallaşmağa başlayıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə deputatlığa namizəd olmaq üçün 1048 nəfər dairə seçki komissiyalarına müraciət edib.  Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK)  iclasında bu qurumun rəhbəri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, 532 şəxsin namizədliyinin irəli sürülməsi artıq təsdiq edilib. 451 namizəd qeydiyyat üçün tələb olunan 450 seçici imzasını yığmaq üçün imza vərəqələrini alıb. 31 namizəd imza vərəqələrini qaytarıb, 4 namizəd artıq qeydiyyatdan keçib. Eyni zamanda 25 siyasi partiyanın 585 səlahiyyətli nümayəndəsi qeydiyyatdan keçib. Əlbəttə ki, həm iddiaçıların, həm namizədlərin sayını qarşıdakı günlərdə daha da artacaq.  

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olub. Məlumata görə, sabiq deputatın namizədliyi artıq qeydə alınıb. 70 yaşlı Elton Məmmədov bəllidir ki, Ucar rayonundandır. O, Milli Məclisin II, III və IV çağırış deputatı olub. Sabiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb. Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputatı Ramil Həsəndir. 

Elton Məmmədov məni aldadıb, pulumu vermir" » Gundeminfo.az

Görünən odur ki, Donald Trampın yenidən Ağ Evə qayıdışı şansı artan kimi Məmmədovlar klanı fəallaşmağa başlayıb.  Bu həmin klandır ki, adı bu illər ərzində bir çox  kriminal hadisələrə və  korrupsiyaya qarışıb. 

2013-cü il iyulun 17-də Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer məqaləsində adını gizli saxladığı mənbələrə istinadla Elton Məmmədovun qardaşı oğlu, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun türk cangüdənini güllələdiyi, eləcə də onun Bodrum yaxınlığında 40 milyon dollara ada aldığını yazmışdı. Bunun ardınca Anar Məmmədov qəzetə təkzib göndərmişdi. Anar Məmmədovun rəhbəri olduğu “Amerika-Azərbaycan Alyansı” adından verilən təkzibi də  köşəsində dərc etdirib.  Təkzib məktubunda məlumatların doğru olmadığı bildirilirdi. 

Ziya Məmmədovun oğlu ilə şərikliyə son qoyan Trampın məqsədi... - İlginc  iddialar

O günlərdə Nəqliyyat Nazirliyinin qoçularının Azərbaycan yollarında sürücüləri, Məmmədovların ətrafındakı idmançılardan ibarət dəstələr isə evindən işə gedən jurnalistləri döyürdü. Adam döydürmək Məmmədovlar üçün adi hal idi; hər gün sürücüləri döyənlərin arada jurnalistləri də “yada salması” təəccüblü görünmürdü.

Elton Quliyevin qardaşı oğlunun məşhur ayı qalmaqalı da yəqin yaddaşlardan silinməyib. Onun qeyri-təvazökar həyat tərzindən qidalanan bu olay bir müddət ölkə gündəminin əsas mövzusu oldu. Anar Məmmədovun zədələnmiş imicini bərpa etmək üçün bir neçə media quruluşunu, o cümlədən də “Yeni Müsavat”ı məhkəməyə çəkmişdi.

Ziya Məmmədov indi də əmlaklarını itirir - təfərrüat

Elton Məmmədovun Türkiyə vətəndaşına məxsus “Lyuks-Sönməz” şirkəti ilə  uzunmüddətli məhkəmə çəkişməsi də yaddaşlardan silinməyib. Çəkişməyə səbəb deputata məxsus “Bakı XXI ƏSR” MMC-nin sərəncamında olan torpaq sahəsinin 0,47877 hektarının “Lyuks-Sönməz” MMC-yə məxsus olması idi. Təsisçilərindən biri Türkiyə vətəndaşı Nacı Uzun olan şirkət ərazidə xeyli tikinti işləri də aparıb. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamı (2008-ci il, 10 yanvar, 9 nömrəli) ilə xüsusi mülkiyyətdə olan həmin torpaq sahəsi “Bakı-XXI Əsr” MMC-yə verilib. Bu MMC-nin təsisçisi isə Britaniyanın Vircin adalarının hüquqi şəxsi  olan “Trans - Eyransan Leasinq Group Ltd” şirkəti olsa da, Bakı Beynəlxalq Avtovağzal və onun ətrafına sahib olan həmin MMC-nin  Elton Məmmədova məxsus olması ilə bağlı təkzibolunmaz məlumatlar var. Ən başlıcası isə bu faktı Elton Məmmədovun özü də mediaya açıqlamalarında etiraf edib. 

Azərbaycan qanunvericiliyinə görə, deputat bizneslə məşğul ola bilməz. Ancaq Elton Məmmədov Azərbaycan qanunverici orqanın II, III və IV çağırış deputatı olduğu günlərdə qanunu tapdalayıb, nümayişkəranə şəkildə bizneslə məşğul olub. Onun xarici ölkələrdəki offşor şirkətləri barədə təkzibolunmaz məlumatlar var. Offşor şirkətlər və onların sahibləri haqda məlumatların cəmləndiyi http://www.datatracker.org saytında azərbaycanlı oliqarxlarla bağlılığı olan “Global Transport Group S.A.” şirkət haqda məlumatlar yer alıb. Bu şirkət 1998-ci ilin dekabrında qeydiyyatdan keçib, nizamnamə kapitalı 10 min ABŞ dollarıdır. Şirkətin qeydiyyatı haqda sənəd Panamanın offşor şirkətlərin qeydiyyatına dair məlumat bazasından götürülüb. Sənəddə göstərilir ki, şirkətin prezidenti Dəmirov Elyar, xəzinədarı Məmmədov Elton, katibi Cavad Cavanşirdir. Şirkətin direktorlar şurasının üzvləri də bu şəxslərdən ibarətdir. Eyni zamanda Bakı Beynəlxalq Avtovağzalının sahibi olan və Elton Məmmədovun təsisçisi olduğu “Bakı XXI Əsr” MMC şirkətinin də izi offşor zonalara gedib çıxır. Belə ki, həmin şirkətin mülkiyyətçisi Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş  “Trans European Leasing Group” şirkətidir. Yeri gəlmişkən, “offşor zona” kapitalı vergidən yayındırmaqla dövriyyədə saxlayan dövlət və ya ərazidir. Vergidən yayınmaq istəyən pullular öz kapitalını belə zonalarda saxlayır. Bura çirkli pulların yuyulması üçün əvəzsiz məkandır.  

Bütün bunlar Məmmədovların Azərbaycanda vəzifədə olduğu illərin “məhsulları”dır. İndi isə yeni dövrə başlamaq üçün çırmanıblar. Alınacaqmı?

 E.MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR