İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərdabda yaşlı qadın öz evində yanıb

335 17.04.2022 02:06 Kriminal A A

Zərdabda baş verən yanğında 1 nəfər ölüb.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə saat 22:00 radələrində rayonun Çallı kəndində qeydə alınıb.

Kənd sakini, 1936-cı il təvəllüdlü Faizə Süleymanovaya məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət evdə güclü yanğın baş verib. Ev tamamiilə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə yerinə baxış keçirilərkən ev sahibi F. Süleymanovanın yanmış meyiti aşkar olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR