İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkət rəhbəri baş prokurora yazdı – qəbuluzunda oldum, 3 sms gəldi, oğurlanan maşından soraq gəlmədi

614 01.08.2024 16:37 Ölkə A A

Bakıda fəaliyyət göstərən “Fitstar Herbal Products” MMC-nin keçmiş əməkdaşı 1 ildən artıqdır ki, “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobili yoxa çıxarıb. MMC-nin direktoru Firdovsi Vəliyev bununla bağlı baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

Surəti Musavat.com-a göndərilən müraciətdə Firdovsi Vəliyev yazır:

“Hörmətli baş prokuror.

Vətəndaşların qəbulu ilə əlaqadar 19/07/2024-cü ildə qəbulunuzda oldum. Görüş yarımçıq kəsildiyindən məni sonradan kiçik ədliyyə müşaviri Toğrul Əhmədov qəbul etdi. Torğul Əhmədov ərizəmi aldı, dedi ki, oxudu, təəccüblü şəkildə bildirdi ki, bu necə ola bilər ki, şirkətin avtomobili yoxa çıxıb, amma 1 ildir ki, axtaran, tapan yoxdur? Toğrul Əhmədovun sualına cavabı mən də 1 ildən artıqdır ki, axtarıram. Ona da dim ki, avtomobil saxta nömrə ilə idarə olunur, bunu Goranboy rayonunun prokuroru da bilir. Amma cinayət işi başlamır. Gəncə Polisində araşdırma aparılıb, lakin avtomobil tapılmır ki, tapılmır!

Təəccüblə bildirdi ki, bu necə ola bilər? Ardından da hamının eşidəcəyi tərzdə dedi ki, sizin ərizənizi cənab baş prokurora məruzə edəcəyəm. Vətəndaşlarla görüş yekunlaşandan sonra Goranboy prokuroruna zəng vurub soruşacağam.

Hörmətli Kamran müəllim, 2 gün sonra sms gəldi, yazılmışdı ki, şikayətim Goranboy Prorukorurluğuna ötürülüb. Bundan 2 gün sonra isə daha bir sms gəldi. Bu dəfə də yazılmışdı ki, şikayətim Gəncə Prokuroluğuna göndərilib. Bu sms-dən sonra daha bir – 3-cü sms-i də aldım. Bu dəfə məlumat verilirdi ki, şikayətimi Gəncə Şəhər Polis İdarəsinə göndəriblər.
Hörmətli Kamran müəllim, Sizə əvvəllər də müraciətlərim olub. Həmin müraciətlərimdə qeyd etmişəm ki, Gəncə Şəhər Polis İdarəsində şikayətimə ədalətlə baxılmır. Bununla belə şikayətim yenə ora göndərilib. Məcbur olub, Gəncə Şəhər Polis İdarəsində təhqiqatçı Hüseynalı Məmmədovla əlaqə saxladım. O da dedi ki, araşdırmalı bir iş yoxdur, işi Goranboy Prokurorluğuna göndərir.
Hörmətli Kamran müəllim, Ümidim sizədir. Sizdən xahiş edirəm ki, üzləşdiyim süründürməçiliyə son verilməsi, avtomobilin oğurlanması, saxta nömrələrlə idarə olunması ilə bağlı cinayət işinin başlanması üçün müvafiq göstəriş verəsiniz”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR