İnsanlara hürriyət, millətlərə istiqlal!

"Telegram"ın təsisçisi milyarderlər siyahısına salındı

462 01.08.2024 17:31 Dünya A A

Pavel Durov ilk dəfə olaraq "Bloomberg"in milyarderlər reytinqinə daxil edilib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, "Telegram"-ın təsisçisi 9,15 milyard dollar sərvətlə 279-cu yeri (ruslar arasında 17-ci yer) tutub.

Ən varlı rusiyalı iş adamı Norilsk Nikel şirkətinin həmsahibi Vladimir Potanin olaraq qalır. 2024-cü ilin əvvəlindən onun sərvəti 498 milyon dollar artaraq 31,6 milyard dollar təşkil edib. İkinci yerdə “Lukoyl”un ortaq sahibi Vahid Ələkbərovdur. Onun kapitalı 3,24 milyard dollar artaraq 27,9 milyard dollara çatıb. Reytinqdə üçüncü ən zəngin rusiyalı Novolipetsk Metallurgiya Zavodunun səhmdarı Vladimir Lisin sərvətini 3,05 milyard dollar artıraraq 27 milyard dollara çatdırıb.

Afaq,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR