İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov: " Hicaba qadağa qoyanları güllələyəcəm"!

540 01.08.2024 17:38 Dünya A A

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada hicaba qadağa qoyulmasını tələb edənləri “İslam düşmənləri” adlandırıb və qızına hicabını çıxartmağı deyənləri öldürəcəyini vəd edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə Çeçenistan hökumətinin iclasında danışıb.

“Kim qızıma desə ki, hicabını çıxar, onu dərhal öldürəcəm, kim olmasından asılı olmayaraq dərhal güllələyəcəm.”, - deyə Çeçenistan rəhbəri bildirib. Bu an videoda Kadırovun qızı, respublika hökuməti sədrinin müavini Ayşat Kadırova əks olunub.

Qeyd edək ki, bu ilin mayın sonunda Dövlət Dumasının vitse-spikeri Vyaçeslav Davankov təhsil təşkilatlarının dini geyimlər, o cümlədən üzü qismən və ya tamamilə gizlədən geyimlərə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim edib. Qanunvericilik aktında qeyd olunub ki, təşəbbüs “təhsilin dünyəvi xarakterini möhkəmləndirmək” məqsədi daşıyır.

Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiyada niqab taxmağı təcili şəkildə qadağan etməyə çağırıb. Bundan sonra Dağıstan və Qaraçay-Çərkəz müftilikləri öz bölgələrində niqab taxılmasına müvəqqəti qadağa tətbiq ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR