İnsanlara hürriyət, millətlərə istiqlal!

Gündəm olan türkiyəli atıcı: “Avadanlıqları özüm istəmədim”

582 01.08.2024 17:08 İdman A A

Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəyə atıcılıq yarışlarında gümüş medal qazandıran Yusuf Dikeç dünyanın gündəmi olub. Buna səbəb onun 10 metr məsafəyə pnevmatik tapançadan atış zamanı qulaqlıqdan və xüsusi eynəkdən istifadə etməməsi olub.

Musavat.com xəbər verir ki, Yusif Dikeç mövzu ilə bağlı Türkiyənin idman radyosu olan “Radyo Gol” saytına açıqlama verib. O, açıqlamasında hər iki gözü ilə atəş açdığını deyib, və xüsusi avadanlıqlardan özünün istifadə etmək iatəmədiyini deyib:

“Əksər atıcılar bir gözlə atəş açır. Məncə iki gözlə atəş açmaq daha yaxşıdır. Bunun üzərində çox araşdırma aparmışam, ona görə də avadanlığa ehtiyacım yox idi”, deyə o bildirib.

Yusuf Dikeç, olimpiyat madalyası getiren atışıyla dünyanın gündeminde

Yusif Dikeç qeyd edib ki, əlini cibinə qoyaraq atəş açmağın artistliklə heç bir əlaqəsi yoxdur:

“Mən belə olan halda motivasiyalı oluram və özümü daha rahat hiss edirəm. Əslində bu bədənin tarazlığını təmin etmək və diqqətimi cəmləşdirmək üçündür.- deyə o, qeyd edib.

Dünya medyasında gündəm olması məsələsi ilə bağlı sualları da cavablandıran Yusif Dikeç: “Dünya məndən danışmır, dünya Türkiyədən danışır. Biz sadəcə bir simvoluq”,- deyə cavab verib.

The Turkish Olympic shooter Yusuf Dikeç and the Olympic Games logo in Paris, collage

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR