İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanamyan və ailəsi prokurorluğa dəvət olundu

343 01.08.2024 16:55 Region A A

Ermənistanda Qaçaqmalçılıqla Mübarizə üzrə Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri, keçmiş baş nazir Karen Karapetyanın müşaviri Samvel Sanamyan və ailə üzvlərinin əmlakı ilə bağlı araşdırma aparılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Sanamyan və ailəsi işin materialları ilə tanış olmaq və mövqelərini təqdim etmək üçün Baş Prokurorluğun Qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı işlər üzrə idarəyə dəvət edilib.

Prokurorluğa təkcə Samvel Sanamyan deyil, onun həyat yoldaşı Hasmik Sissakyan, ailənin yaxın qohumu Nona Qriqoryan, Tatevik Astabatsyan və Luiza Sanamyan, oğulları Eduard, David və Karo Sanamyan da çağırılıb.

Qeyd edək ki, prokurorluq indiki mərhələdə hansı əmlakın qanunsuz mənşəli hesab edildiyini, nəyi və hansı məbləğdə müsadirə etmək istədiyini bildirməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR