İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan SENSASİON açıqlama: "Paşinyan xarici borcları borcla qaytarmaq üçün..."

365 01.08.2024 17:12 Siyasət A A

Ermənistan hakimiyyəti xarici borcun idarə olunması strategiyasını dəyişib, vəsaitlərin xərclənməsinə nəzarət səviyyəsini azaldıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin eyni adlı fraksiyasından olan deputat Artur Xaçatryan deyib.

“Xarici borcun strukturunu öyrənsəniz, məlum olar ki, əgər əvvəllər strukturda proqram kreditləri, yəni konkret işlərin həyata keçirilməsi üçün verilən kreditlər üstünlük təşkil edirdisə, indi büdcə yardımı kreditləri daha çox cəlb olunur. Bu kateqoriyalı kreditlər daha bahadır, nisbətən qısa müddətə verilir və praktiki olaraq idarəolunmazdır. Proqram kreditlərində nəzarət komponenti çox əhəmiyyətli idi. Məsələn, Asiya İnkişaf Bankı, Dünya Bankı və AYİB-dən alınan kreditlər çox ciddi şəkildə nəzarətdə saxlanılırdı və eyni zamanda aydın anti-korrupsiya komponentləri də var idi”, - deyə erməni deputat bildirib.

Onun sözlərinə görə, xarici borcun strukturunun son illərdə dəyişməsi onu deməyə əsas verir ki, hakimiyyət yeni borclar cəlb etməklə “borclara xidmət strategiyasını” qəbul edib. Paşinyan iqtidarı başa düşür ki, heç bir güc əbədi deyil, ona görə də büdcə vəsaitlərini rahatca şəkildə öz keflərinə və zövqlərinə xərcləyirlər” deyə o, qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR