İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngilanda AĞIR QƏZA - Ölən və xəsarət alanlar var

1315 05.11.2023 21:04 Hadisə A A

Bu gün İbrahimov Emin Ramiz oğlu idarə etdiyi 90-PZ-976 dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı minik avtomobili Ağbənd istiqamətində hərəkət edən zaman yolun kənarında dayanmış "MAZ" markalı yük avtomobilinə çırpılıb.

Hadisə Əhmədbəyli-Ağbənd avtomobil yolunun 92-ci km-də baş verib. 

Nəticədə minik avtomobilinin sərnişini - Ağdaş rayon sakini 1972-ci il təvəllüdlü Sədiyev Şəmsəddin Vaqif oğlu hadisə yerində ölüb. Sərnişinlər - 1995-ci il təvəllüdlü Əsədov Təbriz Tamis oğlu, 1992-ci il təvəllüdlü Bayramov Natiq Aydın oğlu və 1995-ci il təvəllüdlü İsmayılov Vüsal Xəqani oğlu və sürücü - 1988-ci il təvəllüdlü İbrahimov Emin Ramiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Zəngilanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun Ağalı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili ilə qoşqulu "Kamaz" markalı yük maşını toqquşub.

Qəza zamanı minik avtomobilinin sərnişinlərindən biri hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlar minik avtomobilinin sürücüsü Emin İbrahimov və sərnişinlər - Natiq Bayramov, Vüsal İsmayılov və Təbriz adlı şəxslərdir.

Qeyd edək ki qəza düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən şirkətlərin birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR