İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrozonada minimum iqtisadi artım qeydə alındı

195 30.07.2024 17:36 Dünya A A

2024-cü ilin ikinci rübündə Avrozonanın iqtisadiyyatı əvvəlki üç ayla müqayisədə 0,3 faiz böyüyüb.

Musavat.com Avropa İttifaqının statistika idarəsinin ilkin məlumatlarına istinadən xəbər verir ki, ilik ifadədə avrozonanın iqtisadiyyatı 0,6 faiz genişlənib.

"Trading Economics"in məlumatına görə, ekspertlər orta hesabla aprel-iyun aylarında ÜDM-in rüblük 0,2 faiz, illik isə 0,5 faiz artacağını gözləyirdilər.

Birinci rübdə avrozona iqtisadiyyatı əvvəlki üç ayla müqayisədə 0,3 faiz, illik ifadədə isə 0,5 faiz artıb. Avrozonanın ən böyük iqtisadiyyatına malik Almaniyanın ÜDM-i ikinci rübdə əvvəlki rüblə müqayisədə 0,1 faiz azalıb, Fransa - 0,3 faiz, İtaliya - 0,2 faiz, İspaniya - 0,8 faiz artıb.

Avropa İttifaqı iqtisadiyyatı aprel-iyun aylarında ilkin məlumatlara görə, rüblük 0,3 faiz, illik ifadədə isə 0,7 faiz artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR