İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngilan təxribatında Rusiya “barmağı” sübut olundu – Tural Abbaslı ilə “Canlı debat”

2941 26.04.2022 12:01 Gündəm A A

Ermənilərin 4 gün vaxtı qaldı- sərhəd komissiyasında kimlər təmsil olunacaq?

Azərbaycan və Ermənistan Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəlib. Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı zamanı bildirilib.
Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ötən həftəki telefon söhbətində Prezident İlham Əliyev Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini bildirmişdi. Yeri gəlmişkən, sərhədlərin müəyyənləşməsi adətən iki mərhələdən keçir: demarkasiya və delimitasiya.


Demarkasiya (“Demarcation”) fransızca “ayırma” deməkdir. Bir-biri ilə döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanı sülh müqaviləsi, yaxud hər hansı saziş əsasında daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt, zolaq müəyyənləşir. Sərhədlərin delimitasiyası latınca “delimitatio” - "qeyd" deməkdir. Qonşu ölkələr arasında dövlət sərhədi ümumi mövqe və istiqamət, danışıqlar yolu ilə müəyyənləşdirillir. Delimitasiya dövlət sərhədlərinin yaradılması və ya dəyişdirilməsinə dair sülh müqavilələrinin və ya xüsusi razılaşmaların ayrılmaz hissəsidir. Delimitasiya zamanı razılığa gələn tərəflər bir qayda olaraq bir xəritə üzərində, yerdə iş aparılmadan - sərhəd xəttinin keçidinin təsvirini hazırlayırlar. Delimitasiya prosesi çərçivəsində tərəflər xəritə üzrə sərhəd xəttini müəyyən edirlər. Delimitasiyanın materialları sərhədin müəyyənləşdirilməsinin digər mərhələsi - demarkasiyası üçün əsas olur. Dünya təcrübəsi göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilər. Delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi, yaxud dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın tərkib hissəsidir. Ermənistanla Azərbaycan arasında münaqişə nümunəsində delimitasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilə bilər. Azərbaycan öz üzərinə düşəni icra etsə də, Ermənistan isə nəinki dürüst davranmadı, əksinə... Aprelin 23-də Zəngilanda dövlət sərhədimizə təxribat-diversiya qrupu göndərib. Doğrudur, qrup ifşa edilərək geri oturdulub. Lakin faktın özü göstərir ki, Ermənistan delimitasiya üzrə öhdəliklərini yerinə yetirmir və prosesi pozmaq istəyir. Real vəziyyətin təhlili göstərir ki, aprelin sonunadək Bakının və İrəvanın delimitasiya komissiyalarını yaratmaq öhdəliyi icra olunmaya bilər ki, bunun da bütün məsuliyyəti birmənalı şəkildə Ermənistanın üstündə qalacaq. Qeyd edək ki, bu proses hətta illərlə davam edə bilər. Məsələn, Azərbaycan-Rusiya, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası hələ indi yekun mərhələyə çatıb, danışıqlar davam etdirir.
Bəs, Azərbaycanla Ermənistan arasında sərhəd müzakirələri nə qədər uzun davam edə bilər? Ermənistan bu prosesi pozarsa, nə olacaq? Sərhəd komissiyasında kimlər, hansı strukturların nümayəndələri təmsil olunurlar? Siyahı açıqlanacaqmı?

Zəngilan təxribatında “rus barmağı”- diversantlar Rusiyanın nəzarət etdiyi ərazidən necə keçib?

Ermənistan dövlət sərhədinin Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən hissəsində təxribat törətməyə cəhd göstərməsini təsadüf hadisə kimi qiymətləndirmək olmaz.

Burada diqqətçəkən əsas məqamalardan biri erməni diversiya qrupunun keçməyə çalışdığı sərhəd xəttinə Rusiya sərhədçilərinin nəzarət edir, bu zaman o versiya meydana çıxır: təxribata şəraiti Rusiya sərhədçiləri yaradıb, bununla Moskva Brüssel razılaşmasını pozmağa çalışmaqla Azərbaycan və Ermənistana "mənim iştirakım olmadan bu regionda heç bir problem həll ola bilməz" mesajı vermək istəyib.

Əslində, sərhəddəki təxribat Ermənistanın münaqişənin tərəfi kimi qaldığı, Azərbaycanın ərazi bütövlüyünün İrəvan tərəfindən tanınmayacağı mənasına gələ bilər. Amma bütün bu proseslərdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında telefon danışığının baş tutması bu iddianın əsassız olduğunu da göstərə bilər.

Nəzərə alsaq ki, nazirlər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar və tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər, o zaman sərhəddəki təxribatda Rusiya barmağının olduğu şübhələri artmış oldu. İstisna edilmir ki, bu təxribatların sayı Ermənistan-Azərbaycan sərhəddində arta bilər.

Əslində, Zəngilanda erməni diversant Matirosov Eduard Arturoviçin saxlanılması Bakıya imkan verir ki, həm Brüssel, həm də Moskva qarşısında İrəvanın sərhəd razılaşmasını pozduğu məsələsini qaldırsın və Ermənistanı razılaşmanın icrasına məcbur edəcək addımlar üçün əlindəki faktdan istifadə etsin. Bu amil isə sülh sazişi yolunda Ermənistana təzyiqləri artırmaq, prosesi daha da sürətləndirmək baxımından Bakının əlini gücləndirə bilər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də Ağ Partiyanın sədri Tural Abbaslı ilə “Canlı debat”da müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR