İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Rusiya hərbi təyyarələri İrana ENİR, İsrail hava məkanını TƏCİLİ bağladı – CANLI

1011 03.08.2024 12:04 Son xəbər A A

Rusiya hərbi təyyarələri bir-birinin ardınca İrana enməyə davam edir.

Musavat.com xəbər verir ki, bu barədə iranlı analitik Hayal Muazzi yazıb.

“Hadisələr çox maraqlı inkişaf edir. Təhlillərimdə qeyd etmişdim ki, müharibə başlasa, Rusiya İranın yanında olacaq”, - o bildirib.

İranın televiziya kanalları yayımını dayandıraraq hərbi himni səsləndirməyə başlayıb. Yayımda müharibə təsvirləri əks olunan görüntülər yer almaqdadır.

İsrail hökuməti ölkənin hava məkanını bağlayıb. Səudiyyə Ərəbistanının "Əl Ərəbiyə" kanalı məlumat yayıb. Bildirilib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və MOSSAD İranın İsrailə raket zərbəsi endirəcəyini gözləyir.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu İran siyasəti üzrə yazar, siyasi ekspert Fikrət Fəraməzoğlu ilə Yaxın Şərqi müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR