İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırov internetdə İslamı təbliğ edənləri izləməyə çağırıb

360 03.08.2024 14:00 Dünya A A

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov hökumətin geniş iclasını keçirib və bu iclasda internetdə İslamı təbliğ edən insanları izləməyə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, verir ki, Çeçenistan rəhbəri bildirib: “Bəzi insanlar dinin ilk əsaslarını öyrənərək internetə girir və artıq “böyük” İslam alimi olurlar. Onlar özbaşına dini təbliğ etməyə başlayırlar və gəncləri çaşdırırlar”.

Ramzan Kadırov mədrəsələrə mötəbər şəxslərin təyin olunmasını, həmçinin onların fəaliyyətinə nəzarət edilməsini istəyib. Çeçenistan Respublikasının rəhbəri FTX və regional Daxili İşlər Nazirliyinə bu işə qoşulmağı tapşırıb.

“Daxili İşlər Nazirliyinin və FTX-nin əməkdaşları bunun üçün məsuliyyət daşıdıqlarını başa düşməlidirlər. Mədrəsə işçisi şübhəli saytlara gedirsə, şeytanlara, bloqerlərə qulaq asırsa, artıq natəmizdir. Əgər insan bu cür saytlarda vaxtını itirirsə, deməli, o, avaradır və onu işlə yükləmək lazımdır”, - Kadırov bildirib.

“Biz Rusiya Federasiyasının ərazisiyik, rusuq. Kim nə deyirsə, desin, bu Rusiya dövlətidir. Heç kimə bizimlə oyun oynamaq imkanı verməyəcəyik, ona görə də çox çalışmalıyıq. Cinayət axtarış idarəsi, FYX, Rusiya Milli Qvardiyası, Daxili İşlər Nazirliyi - biz hər kəslə məlumat paylaşmalı və dərhal işləməliyik”, - deyə Çeçenistan Respublikasının rəhbəri yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR