İnsanlara hürriyət, millətlərə istiqlal!

Makrondan “petux”a yaraşan GEDİŞ – Fransanın əsl siması budursa...

986 03.08.2024 12:59 Yazarlar A A

Parisdə davam edən olimpiya oyunlarının rüsvayçı açılış mərasimində təkcə xristian dini, İsa Peyğəmbər (ə) deyil, ənənəvi və universal ailə dəyələri də təhqir olundu. Əvəzində bütün səmavi dinlərin rədd etdiyi üzdəniraqlar təbliğ edildi. Bir nov, Fransanın simvolu olan “xoruz”a (“petuxluğa”) layiq şəkildə.

O səbəbə açılış xristianlı-müsəlmanlı dünyanın inanclı kəsimində qəzəb doğurdu. İnsafən, Olimpiadanın Təşkilat Komitəsi az sonra üzrxahlıq bildirdi. Beynəlxalq Olimpiya Komitəsi (BOK) isə dünən Azərbaycanla bağlı “France 2” telekanalının məlum təxribatına reaksiya verib.

WhatsApp Image 2024-08-03 at 12.12.52.jpeg (769 KB)

Qurum Bakıya göndərdiyi məktubda baş verənlərə görə üzr istəyib, telekanal aparıcısının davranışının olimpiada prinsiplərinə zidd olduğunu vurğulayıb. “Bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Ona görə də bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb”, - məktubda qeyd olunur.

Ardınca Azərbaycan XİN-i haqlı olaraq, eyni obyektiv mövqeyi Fransa hökumətindən gözlədiyini bəyan edib. Hər necə olmasa, bu idman yarışı Parisdə keçirilir və dövlətlərarası münasibətlərə zərər vuran səhvi etiraf edib üzr diləmək də siyasi mədəniyyət sayılır...

Reaksiya isə prezident Emmanuel Makrondan gəlib. Həm də necə?

Sitat: “Fransa iyulun 26-da Paris Olimpiya Oyunlarının açılış mərasimində əsl simasını göstərdi. Fransızlar Olimpiya Oyunlarının açılış mərasimi ilə fəxr edirlər, biz bununla fəxr edirik. Düşünürəm ki, Fransa özünün əsl simasını göstərdi”.

Fransanın və onun xalqının əsl siması bumu?

Makron eyni zamanda, açılış mərasiminin bədii rəhbəri Tomas Jolliyə, eləcə də onun səhnələşdirdiyi tamaşanın artistlərinə qarşı təhdidlər barədə xəbərlərin onu “qəzəbləndirdiyi və kədərləndirdiyini” söyləyib. “Mən onların hamısına dəstəyimi bildirirəm”, – əlavə edib.

Zatən, başqa reaksiya gözlənilmirdi də. Ondansa sussaydı, daha abırlı olardı...

İndi bu açıqlamanı biz rəsmi Parisin “France 2” aparıcısının açılış mərasimində Azərbaycan əleyhinə hədyanlarına da dəstək hesab edə bilərikmi?

WhatsApp Image 2024-08-03 at 12.15.01.jpeg (143 KB)

Şübhəsiz. Çünki Makronun Azərbaycana münasibəti hələ 44 günlük müharibə dönəmindən bəlli. Fransanın (xalqla eyniləşdirmək istəməzdik) əsl simasını biz Natəvanın heykəlinə qarşı vandalist hərəkət zamanı bir daha gördük. Ölkə yetkililərindən kimsə həmin barbarlığı qınamadı. Özünü hüquqi-demokratik dövlət sayan Fransada cinayətkarın formal axtarışı belə aparılmadı. Amma yenə də biz bu faktı Makronun təbirincə Fransanın əsl siması adlandırmaq istəməzdik...

Mədəniyyət, mədəni dəyərlər bir yana, bu adamın ailə dəyərlərinə əcaib münasibəti öz “ailəsi”ndən və homoseksualların gen-bol təmsil olunduğu hökumətindən də görünür. Təkcə o vaxt ki, Fransanın guya kişi cinsindən olan baş naziri və xarici işlər naziri (Qabriel Attal və Stefan Sejurne) “ər arvad” kimi yaşayırlar, özlüyündə çox şeyi deyir. “Su axar çuxurunu tapar”.

Belə “əxlaqa” sitayiş edənlərin rəhbər olduqları ölkədə olimpiya oyunlarının açılış mərasimi ayrı necə ola bilərdi ki...

Z.SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR