İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzurda diqqətçəkən hərəkət: Fransadan yeni həmlə

1280 23.06.2026 00:14 Dünya A A

Ermənistanın Qacaran şəhərində yeni fransızdilli mərkəzin açılması Parisin Zəngəzur bölgəsində fəallığını daha da artırıb.

Musavat.com xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, mərkəz fransız dilinin tədrisi, mədəni layihələrin həyata keçirilməsi və erməni-fransız əməkdaşlığının inkişafı üçün fəaliyyət göstərəcək.

Layihə Zəngəzur bölgəsi ilə Fransanın Overn-Rona-Alp regionu arasında qurulmuş tərəfdaşlıq çərçivəsində reallaşdırılıb. Bildirilir ki, təşəbbüs artıq yerli gənclər arasında böyük maraq doğurub.

Açılış mərasimində Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi, Vyen şəhərinin meri və Overn-Rona-Alp–Zəngəzur Əməkdaşlıq Şəbəkəsinin prezidenti Tyerri Kovaç, Sen-Şamon nümayəndə heyətinin üzvləri, Fransanın Gorusdakı fəxri konsulu Karmen Apunts, eləcə də regional və yerli hakimiyyət nümayəndələri iştirak ediblər.

Mərkəzin gələcəkdə müxtəlif təhsil və mədəniyyət proqramlarının keçirilməsi üçün əsas platformalardan birinə çevriləcəyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR