İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizinin “məşhur” layihədən kənarlaşdırılmasının SENSASİON detalları: “Onların görüntüləri...”

2143 09.05.2023 13:49 Gündəm A A

“Müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun “Türk yolu” adlandırdığı “Yeni İpək Yolu” layihəsi əlbəttə ki, Türkiyə ictimaiyyəti tərəfindən təəccüb və qəzəblə qarşılandı. Kimsə onu normal qəbul edə bilməz. Söhbət Azərbaycanı, Zəngəzur dəhlizini kənara atan, İran üzərindən Çinə çatmağı hədəfləyən bir layihədən gedir”.

Bu sözləri Musavat.com-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnaç deyib.

inaç.jpg (57 KB)

Politoloq hesab edir ki, Kılıçdaroğlunun bu layihəyə əl atmasının 2 əsas səbəbi var:

“Birincisi, Kamal Kılıçdaroğlu ideoloji olaraq Avropadan dəstək alır. Avropanın maraqlarını qorumaq onun siyasətinin əsasını təşkil edir. Bu durum yalnız Azərbaycanla bağlı siyasətdə belə deyil. Məsələn, Kılıçdaroğlu “Kiprdə türklərlə rumları baş-başa buraxaq, türklər təhlükəsizlik zəmanəti verməsin, öz ordusunu çıxarsın” deyir. Digər tərəfdən, Liviya ilə bağlanan sazişin ləğv edilməsini istəyir. İsveçin NATO-ya üzvlüyə qəbul olunmasını istəyir, İsveçin PKK ilə mübarizə aparmasına lüzum görmədiyini deyir. Rusiya-Ukrayna müharibəsində tamamilə Ukraynanın yanında olmağın Türkiyə üçün faydalı olmadığı bildirir. Terrorla mübarizə məsələsində yalnız Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları işləməlidir deyir. Həmin Məhkəmənin qərarlarına əsasən, terrorçu anlayışı bizim qəbul etdiyimiz anlayışdan tamamilə fərqlənir. Kılıçdaroğlu Türkiyənin unitar quruluşdan federativ quruluşa keçməsini istəyir. Beləliklə, Türkiyənin bölünməsini, parçalanmasını, PKK-nın idarəçiliyini müdafiə edən bir layihə irəli sürüb. Bu isə Avropaya təslim, tabe olmaq siyasəti kimi dəyərləndirilə bilər.

kamal.jpeg (88 KB)

İkinci səbəb Kamal Kılıçdaroğlunun siyasi baxışıdır. Xüsusilə prezident Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatını qurması, Qarabağda böyük bir zəfərə imza atılmasında azərbaycanlı qardaşlarımızla bərabər hərəkət etməsi və Türk dünyasının lideri kimi qəbul olunması Kılıçdaroğlunu çox narahat edir. Qardaş ölkənin Ərdoğanın yanında yer alması, cənab İlham Əliyevin Türkiyə üçün önəmli təqdimatlarda, açılışlarda Rəcəb Tayyib Ərdoğanın yanında olması, onların birgə görüntüləri Kılıçdaroğlunu özündən çıxarır. O, Azərbaycanın Türkiyənin daxili siyasətinə müdaxilə etdiyini düşünür. Xüsusilə Azərbaycanın zəlzələlər zamanı verdiyi dəstək, Əliyev-Ərdoğan dostluğu Kılıçdaroğlu tərəfindən həzm edilə bilmir. Bütün bu səbəblər Azərbaycanı, Zəngəzur dəhlizini Kamal Kılıçdaroğlunun layihəsindən kənarlaşdırıb”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR